#xəbərlər Instagram Photos & Videos

xəbərlər - 8.7k posts

Top Posts

Advertisements

Advertisements

Advertisements

Advertisements

  • Ayıb olsun  belə tərzdə düşünən insanlara  ki ən azından Xocalidaki  qətliyami soyqırımı gozlərinin qabaqina gətirsinlər..hal hazırda  Şəhidlərin qan pulu verilmirdi biridə çıxıb belə danisir nə deyək belələrinə...🙄🙄🙄həqiqətən ayıb olsun..#xəbər #xəbərlər #xocali #soyqirim
  • Ayıb olsun belə tərzdə düşünən insanlara ki ən azından Xocalidaki qətliyami soyqırımı gozlərinin qabaqina gətirsinlər..hal hazırda Şəhidlərin qan pulu verilmirdi biridə çıxıb belə danisir nə deyək belələrinə...🙄🙄🙄həqiqətən ayıb olsun.. #xəbər #xəbərlər #xocali #soyqirim
  • 181 79 15 December, 2018

Latest Instagram Posts

Advertisements

Advertisements

Advertisements

  • .
SUDANLI XRİSTİAN, ÖLÜMLƏ TƏHDİD EDİLİR

Qahirədə Sudanlı bir xristian, keçən həftə telefonla ölüm təhdidi aldığını söylədi.

Şərif Osmanın dediklərinə görə ona zəng edən insan, “Sən kafirsən və cəhənnəm atəşində yanacaqsan” dedi. Bu, keçən ay aldığı bir çox təhdiddən biri idi.

40 yaşlı Osman, Sudandan Misirə gələndə Birləşmiş Millətlər Mühacirlər Ali Komissarlığı ofisinə dini zülmdən qorunma mövzusunda müraciyət etdi, amma uğursuz oldu.

Osman, “BMMAK-dan heç bir cavab gəlmədi və məlumdur ki, məni bu təhlükədən qorumaq istəmirlər. Misir artıq mənim üçün təhlükəsiz deyil. Başqa bir yerə köçmək istəyirəm, bu təhdidlərdən bezmişəm” deyə bildirdi.

#azərbaycan #azerbaycan #sat7turk #sat7 #sat7azeri #sat7türk #xəbərlər #Qahirə #Sudan

  • 8 0 1 hour ago
  • .
SOYQIRIMDAN SONRA KİLSƏLƏR SÜLH YARADIR

Ruandadakı kilsələr, soyqırımdan zərər çəkənləri və yaxınlarının ölümünə səbəb olan qatilləri bir araya gətirərək sülh yaratmağa çalışır.
⠀
Fermer Khabarurem Bosco, aralarında ailəsinin də olduğu təxminən 1 milyon insanın həyatını itirdiyi, 1994-cü ildə Ruanda Tutsi soyqırımından sonra özünü bir insan olaraq hiss etmir və bu həyata önəm vermirdi. Onu və ailəsini heyvan sürüsünü ovlar kimi ovlamışdılar. Dini liderlər belə nifrət mesajını yaymaq üçün istifadə edilmişdilər. 40 nəfərlik bir ailədən həyatda qalan tək insan olması Khabaruremi gələcəyə aid bütün ümidləri itirməyə məcbur etdi. Həmçinin Məsihi tanımır və inanmırdı. Daha sonra isə itkilərinin acısını yüngülləşdirmək üçün narkotik və içkiyə baş vurmuşdu.

Yaxşı ki, bütün bu baş verənlərdən çox vaxt keçmədən tanıdığı bir insan ona gəlib Tanrının varlığından bəhs etdi və Khabarurem Bosconun xilası üçün dua etməyə başladı. Khabarurem ilk dəfə insanların Tanrının sürətinə bənzər bir şəkildə yaradıldığını həmin zaman öyrəndi.

2017-ci ildə soyqırımdan xilas olan və Tanrıya iman edənlərə xidmət edən Rugango Katolik kilsəsinin təşkil etdiyi təhsil proqramının baş iştirakçılarından və bugün, yoldaşı və 6 uşağı ilə Tanrıya xidmət edən Khabarurem Bosco, Ruandanın cənubunda qonşularına Məsihdən danışır və yaxınlarının ölümünə səbəb olan insanları bağışlamaları üçün onlara kömək edir.
⠀
“Həyatımda baş verən ilk möcüzə, Tanrıya inanmağım idi. İndi isə məni üçürumdan xilas edən Tanrını izzətləndirirəm. Digər insanlarla sülh içində yaşaya bilirəm. Qəlbim artıq azaddır və Tanrı məndə yaşayır. Tanrının məni xilas etməsindən bəri, bu sevgini başqaları ilə paylaşmaq və onlara dua etməyi öyrətmək istəyirəm çünki bu adətən həyata geri dönməkdir.”
⠀
#azərbaycan #azerbaycan #sat7turk #sat7 #sat7azeri #sat7türk #xəbərlər #soyqırım #Ruanda

  • 7 2 1 hour ago
  • .
YANĞINDAN SONRA NOTR-DAM KİLSƏSİNDƏ İLK AYİN

Paris Notr-Dam kilsəsində 2 ay öncə baş verən yanğından sonra ilk dəfə ayin icra olunub.

Parisin başyepiskopu Mişel Aupetit və ayinə qatılan digər rahiblər təhlükəsizlik məqsədilə dəbilqədə gəliblər.

Mişel Aupetit çıxışda bildirib ki, aprelin 15-də baş verən yanğın insanların ürəyində təlatümlər yaşadıb: “Bu kilsə ibadət yeridir, yeganə və həqiqi məqsədi də budur.”
⠀
Mərasimə 30 nəfər qatılıb.

#azərbaycan #azerbaycan #sat7turk #sat7 #sat7azeri #sat7türk #xəbərlər #Paris #NotrDam

  • 10 2 1 hour ago

Advertisements

  • 📌Tomas Alva Edison — dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar.
🔸Görkəmli  ixtiraçı Tomas Alva Edison 11 fevral 1847-ci ildə Ohayo'da (ABŞ) anadan olub. O, uşaqlıq dövrünü son dərəcə bəxtəvər keçirib. Ailənin sonbeşiyi olan Tomas kiçik  övlad kimi valideynləri tərəfindən əzizlənirdi.1854-cü ilə kimi, yəni yeddi yaşına dolana qədər o, əsl uşaqlıq həyatı sürüb. Həmin il valideynləri onu məktəbə yazdırıblar. O vaxt şəhərdə yeganə ibtidai təhsil ocağı Reverend İnqlin özəl məktəbi idi. Burada bircə təlim-tərbiyə üsulu mövcud idi: uşaqlara son dərəcə iri mətnləri əzbərləməyi tapşıran «müəllim» verilən ev tapşırıqlarının öhdəsindən gəlməyən şagirdləri xətkeşlə cəzalandırırdı. Tomas elə məktəbə getdiyi ilk günün səhəri deyir ki, bir daha o məktəbə ayağını basmayacaq. Atası ona acıqlanır və dərsə getməsini tələb edır. Dərslərinə davam edən Tomas ilk ayın sonuna doğru bütün fənlərdən«iki» alır. Yeni il bayramına yaxın isə o, məktəbdən göz yaşları içində evə dönərək, anasına bildirir: — Mister İnql hamının gözü qarşısında mənə dedi ki, valideynlərin gəlməsə, bir daha səni məktəbə buraxmayacağam. Tomasın anası da müəllim idi. Təcrübəli pedaqoq olan xanım Edison bu yerdə xeyli anlayışlı davranaraq, məsələni yerində araşdırmaq üçün şəxsən məktəbə yollanır. Onu məktəb binasının girişində qarşılayan mister İnql çox qaba şəkildə deyir: «Oğlunuz heç bir fənni qavraya bilmir. Əgər onu bu məktəbdən çıxartsanız, çox ağıllı seçim edərsiniz». Missis Edison elə belə də edir. O vaxtdan etibarən onun oğlu heç bir orta təhsil ocağına qədəm qoymur. Sonradan dünyanın ən məşhur ixtiraçılarından biri kimi tanınan və «General Electric» şirkətini quran Tomas Edison bütün ilkin bilgiləri ev şəraitində, həm də doğma anasının nəzarəti altında qazanır. Anası ona oxumağı öyrədəndən sonra Tomasın uğurları günbəgün artmağa başlayır.Normal yazı yazmağı ömrü boyu öyrənməsə də, sırf zehni gücü hesabına o, qısa müddətdə milyonçuya çevrilir, ən məhsuldar ixtiraçı kimi adını dünya tarixinə yazır. Tomas edison  Fonoqrafı  icad edib və 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim edib. Fonoqraf səsin yazılması və dinlənilməsi üçün ilk qurğu olub.
⬇️⬇️⬇️

  • 62 8 4 hours ago

Advertisements

Advertisements

  • #xəbərlər [ Nazir pensiyaların artması ilə bağlı açıqlama verdi ]

Prezident cənab İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində vurğulayıb. O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu, artıq bu il sentyabrın 1-dən minimum əmək haqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya pensiyaçılar üçün yaşayış minimununu (149 manat) 34,2 faizədək üstələmiş olacaq. 
S.Babayev qeyd edib ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əmək haqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əmək haqlarının artımı isə 400 min insanı əhatə edir. 
Nazir ümumilikdə bu ay reallaşan sosial paketin ümumilikdə 1 milyon 350 min insanın əmək haqlarının, 750 mindən çox pensiyaçının pensiyasının, nəticə etibarilə 2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verdiyini deyib. 
S.Babayev bu artım üzrə dövlətin əlavə maliyyə yükünün isə 2 milyard manat təşkil etdiyini bildirib.

  • 34 0 8 hours ago
  • 📰 Enerji içkiləri ilə bağlı qaydalar qəbul edildi: Tərkibində bu maddələr varsa…
⠀
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib.
⠀
e-tibb.az-ın xəbərinə görə, AQTA-dan bildirilib ki, “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.
⠀
⠀
📌 Xəbərin davamını rəsmi saytımızın «MedXəbər bölümündən və ya aşağıdakı linkə daxil olmaqla izləyə bilərsiniz:
⠀
👉 www.medproinfo.com/az/event/352
____
⠀
📌I www.medproinfo.com
📧I info@medproinfo.com
📱I (055) 444-63-13

  • 29 7 12 hours ago
  • #xəbərlər [ Yol hərəkətinin nizamlanması üçün qanunvericiliyə iki yeni nişan daxil edilir ]

Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək.

Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 5 saylı Əlavəsinin “1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti (“sarı kəsişmə toru”) təklif olunur.

Layihədə bildirilib ki, yolayrıclarının “sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qayadaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.

Təklif olunan növbəti nişanlardan biri də 5.53 “Daimi sağa dönmə” nişanıdır.

Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.

Təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub.

  • 51 0 13 hours ago

Advertisements

  • #xəbərlər [ Sabah Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək ]

24-26 iyun tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək.
Femida.az xəbər verir ki, forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Bu Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq. 
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forumda BMT Baş katibinin müavini cənab Lui Zenmin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak edəcəklər. 
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır. 
Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.

  • 20 0 23 June, 2019
  • 📌Mörfi qanunları — amerikalı mühəndis Edvard A. Mörfi tərəfindən yaradılan qanun. Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazların birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozmuşdur və bu uğursuzluq Edvard Mörfinin öz məşhur qanunlarının təməlini qoymağa səbəb olmuşdur. Mörfi qanunlarına görə "hər hansı bir işdə bir tərslik yaşanması ehtimalı varsa deməli bu ehtimal yaşanacaq". Sonra Mörfinin həmkarları, dünyanın bir çox ölkələrindəki davamçıları iş həyatında və ümumiyyətlə həyatda rastlaşdıqları tərslikləri yığcam qanunlar şəklində ifadə etməyə başlayıblar.
📌Mörfi qanunlarının tam əksi olan Yhprum qanunları da mövcudur. Bu qanun "Murphy" sözünün yazılışının əksinə yazılmaqla (Yhprum) Mörfi qanunlarının əksi olduğunu göstərir. Bu qanunların banisi isə Harvard Universiteti Siyasi İqtisad fakültəsinin müəllimi Riçard Zekhauserdir. Onun fikrincə "İşləməyən hər şey, işləyir". Paulo Koelyonun "Brida" romanında işlədilən bir ifadəni "İşləməyən saat belə, gündə iki dəfə doğru vaxtı göstərir" Yhprum qanunlarından hesab etmək olar.
🔸Mörfi Qanuni: — Yağlı çörək yerə düşsə, mütləq yağ olan tərəfi yerə dəyir
🔹— İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə, sənə öyrənmədiyin suallar olan bilet düşəcək.
🔸— Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.
🔹— İtirdyini sonuncu arxa cibindən tapacaqsan.
✴️Mörfinin əsas qanunları:
🔸— Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır.
🔹— İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
🔸— Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
🔹— Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla.
🔸— Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır.
🔹— Həll olunan hər problem yeni problemlər yaradır.
🔸— Tunelin sonundakı işıq, gələn qatarın işıqları ola bilər.
🔹— İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
🔸— Özündən daha çılğın biri ilə heç vaxt sevişmə.
🔹— Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.
🔸— Təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.
🔹— Biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual verir.
⬇️⬇️

  • 103 8 23 June, 2019